!-- Header -->

Среда, 18.09.2024, 06:14
ZAQATALA FUTBOLU
 
Menu

Xəbər şöbələri
Azərbaycanca [10]
Azərbaycan dilində
На русском [7]
Новости на русском языке

Axtar

Baş səhifə » 2007 » Декабрь » 17 » Top Festivalının qalibi Zaqatala futbol yetirməsi oldu!
Top Festivalının qalibi Zaqatala futbol yetirməsi oldu!
10:36
AFFAnın dekabrın 16-ı Top-Festivalında 14 yaşadək uşaqlar iştirak etmişdir. Müsiflər heyətində millinin qapıçısı Fərhad Vəliyev, qadın futbol federasiyasının prezidenti, keçmiş FİFA referisi Asim Xudiyev və şou-biznes aləminin nümayəndələri Bəhram Bağırzadə və Murad Dadaşov yer almışdı.
Bizim üçün çox sevindirici haldır ki, Şaban Şirdanovun yetirməsi olan Rəhman Şabanov.
festivalın qalibi olmuşdur.  Rəhmanın gələcəkdə dünya səviyyəli bir ulduz futbolçu kimi yetişməsini arzulayırıq və Rəhmanın AFFA-ya verdiyi müsahibəni diqqətinizə çatdırırıq.



- Əvvəlcə səni qalib gəlməyin münasibəti ilə təbrik edirik.


- Çox sağ olun, təşəkkür edirəm.


- Bir az özün haqqında məlumat verə bilərsənmi?


- Şabanov Rəhman Aydın oğlu. 1996-cı ildə Zaqatalada anadan olmuşam. Futbol oynamağa 6 yaşımdan başlamışam. 5 ildir ki, məşqçi Şaban Şirdanovun rəhbərliyi altında futbolun sirlərini öyrənirəm.


- Necə oldu ki, futbolçu olmaq qərarına gəldin?


- Burada atamın istəyi daha böyük rol oynadı. Özü həvəskar futbolçudur. Mən uşaq olanda istəyib ki, ailəmizdə onun yolunu davam etdirən olsun. Düzü, əvvəllər heç istəmirdim futbola getməyi. Amma indi fikirləşirəm ki, atamın sözünə baxmaqla düz etmişəm. Böyük qardaşım da idmançıdır. Amma o, güləşlə məşğul olur. Bir neçə yarışda iştirak edib və müəyyən uğurları var.


- Futbolla məşğul olmağın dərslərinə maneçilik törətmir ki?


- Xeyr. Məktəbə birinci növbə gedirəm. Komandamızın məşqləri isə günorta 4-də başlayır. Ona görə də hər ikisinə çatdırıram.


- Dərslərini necə oxuyursan?


- Hələ ki yaxşı. Qiymətlərim «5» və «4»dür.


- Rayondan Bakıya gələndə heç düşünmüşdün ki, qalib gələcəksən?


- Düzü, yox. Amma sevinirəm ki, Şaban müəllimin etimadını doğrultdum.


- «Top festivalı»nda qalib gəlməyin futbola olan sevgini daha da artıracaqmı?


- Əlbəttə. Evə qayıdanda bütün komanda yoldaşlarıma da deyəcəyəm ki, çox çalışsınlar. Çünki insan əziyyət çəkəndə çox şeyə nail olur.


- Hansı komandanın oyununa baxmağı sevirsən?


- «Mançester Yunayted»in.


- Bəs bizim komandalardan?


- «Neftçi»nin.


- Ampluan nədir?


- Cinah yarımmüdafiəçisiyəm.


- Hansı futbolçu kimi oynamaq istərdin?


- Kriştiano Ronaldo və Ronaldinyo kimi.


- Bizim futbolçulardan heç kimin oyununu bəyənmirsən?


- Bəyənirəm. Məsələn, Emin Quliyevin oyunu çox xoşuma gəlir.


- Bəs həmyerlilərin Qurban və Musa Qurbanovlar?


- Qurban Qurbanov da əla oyunçu olub. Onun oyunlarını görmüşəm.


- Bir gün sənə desələr ki, ölkə xaricində oynamaq imkanın var, hansı klubda çıxış etmək istərdin?


- Hələ ki Kiyev «Dinamo»sunda. Sonra isə daha güclü komandalara keçmək olar.


- Eşitdiyimə görə, yayda Kiyevə getmisən və bir klubun bazasında iki ay qalmısan…


- Bəli. Atam şəxsi vəsaiti hesabına məni «Obolon»un bazasına göndərmişdi. Orada iki ay həmyaşıdlarımdan ibarət komandanın məşqlərində iştirak etdim. Şəraitləri çox əla idi. Amma heyf ki, qayıtmalı oldum…


- Niyə qayıtmalı oldun ki? Ailən üçün darıxdın?


- Xeyr. Sadəcə, Ukraynada qeydiyyatım olmadığı üçün Azərbaycana dönməyə məcbur idim.


- Bu problem olmasaydı, qalacaqdın?


- Əlbəttə!


- İndiyə qədər vurduğun qollardan hansını daha çox bəyənirsən?


- Xoşuma gələnlər çoxdur. Amma heç vaxt unuda bilməyəcəyim qol Zaqatalada topu rəqib komandanın qapısının «doqquzluğuna» göndərməklə vurduğumdur. Çox əla alınmışdı.


- Festivalda top çiləmək üzrə məharətini gördük. Maraqlıdır, indiyə qədər ən çox neçə dəfə çiləmisən?


- 46 dəqiqəyə 2350 dəfə çiləmişəm. Amma bu, hələ sonuncu hədd deyil. Rekordumu tezliklə qırmaq niyyətindəyəm.


- Milli komandanın oyunlarına baxırsan?


- Bəli, hansı oyunları televizorda göstərirlərsə, vaxt tapıb baxıram.


- Axırıncı dəfə yığmanın hansı oyuna baxmısan?


- Finlandiya ilə səfərdəki matçı izləmişəm. Komandamız yaxşı oynadı. Amma heyf ki, üstünlüyü qoruya bilmədik…


- Sən də gələcəkdə yığma komandanın formasını geyinmək istərdinmi?

- Əlbəttə! Buna çox inanıram. Futbolçu üçün bundan böyük xoşbəxtlik ola bilməz!
Кateqoriya: Azərbaycanca | Oxunub: 1252 | Əlavə edib: dashgin | Reyting: 0.0/0 |
Cəmi şərhlər: 1
17.12.2007
1. Fariz [Material]
Heqiqeten fexr eledim..
bu ushaghin arxasinda durmaq, ve desteklemek lazimdi


Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Daxil ol ]
SIMURQ

Afişa
Qarabağ - SİMURQ
14-cü tur    16/02/2008
15:00 Bakı, Suraxanı qəs. Stadionu

Son oyun
     Xəzər - SİMURQ
2 - 1
13-cü tur    02/12/2007

Yüksək Dəstə

Komanda: O
Q
H
M

Q

X
1 Olimpik 13 10
3
0 14-2 33
2 Xəzər 13 8
4
1
24-10 28
3 Neftçi 13 8
3
2 24-12 27
4 İnter 13 7
4 2 24-6 25
5 Qəbələ 13 7
0
6
18-13 21
6 FC Bakı
13 5 6
2
18-13 21
7 SİMURQ 13 6
2
5 15-10 20
8 Qarabağ
13 5 2
6
12-11 17
9 Masallı 13 5
1
7
16-22 16
10 Karvan 13 5
0
8
13-14 15
11 Standard 13 3
5
7 17-15 14
12 Turan
13 2
2
9
9-28 7
13 Gənclər Bir.
13 2 0 11
 12-41

6

14 ABN 13 0 4
9
4-25 4


Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0

Copyright MyCorp © 2024Хостинг от uCoz