Четверг, 19.09.2024, 12:48
ZAQATALA FUTBOLU
 
Меню сайта

Категории каталога
Müsahibə [1]

Main » Article » Müsahibə » Müsahibə

Rəhman Şabanov: «Peşəkar futbolçu olmaq istəyirəm»
Müsahibimiz AFFA və «MakDonalds»ın təşkilatçılığı ilə 2007-ci il dekabrın 16-da keçirilmiş «Top festivalı»nın qalibi Rəhman Şabanovdur.
- İki ay əvvələ qayıdaq. «Top festivalı» haqda məlumatı haradan eşitdin və necə oldu ki, yarışa qatılmaq fikrinə düşdün?
- «ANS» telekanalına baxırdım. Belə bir turnir keçiriləcəyi haqda reklamlar getdi. Atam evdə yox idi. Sonra ona bu barədə məlumat verdim. Atam məşqçimlə məsləhətləşməyimi istədi. Belə də etdim. Şaban müəllim razılıq verdi və atamın işləri çox olduğundan, məni Bakıya məşqçim gətirdi.
- Neçə ildir ki, futbolla məşğul olursan?
- Altı yaşımdan başlamışam. Elə o vaxtdan Şaban müəllimin rəhbərliyi altında məşq edirəm. Artıq beş ildir ki, futbol məktəbinə gedirəm.
- Topla çox gözəl davranırsan. Yəni dayanmadan bu qədər top çiləmək üçün uzun müddət məşq etmək lazımdır. Fərdi necə, çox çalışırsanmı?
- Bu bacarıq məndə əvvəllər də var idi. Amma bu qədər də deyildi. Sadəcə, çox məşq edirəm. Əsasən də top çiləməyi sevirəm.
- Festivala gələndə qalib olacağını fikirləşirdin?
- Yox. Çox həyəcanlı idim.
- Bəs özünə inanırdın?
- Yarış başlayandan sonra bir az inam yarandı. Bir neçə mərhələ keçəndən sonra daha çox inanmağa başladım.
- Finaldakı rəqiblərin səndən yaşca böyük, fiziki baxımdan isə üstün idilər. Bu səni qorxutmurdu ki?
- Bir az qorxudurdu. Elə bilirdim ki, uduzacağam. Amma onlardan biri yarışı tərk edəndə qalib gələcəyimə əmin oldum.
- Festivalı çoxsaylı tamaşaçı izləyirdi. Kənardakı səs-küyün sənə təsiri var idimi?
- Əvvəl bir az var idi. Amma sonra öyrəşdim. Heç buna fikir də vermirdim.
- Yəqin ki, bundan əvvəl də dayanmadan top çiləmişdin. Təxminən sayını bilirsən?
- Sayını itirmişdim. Təxminən 2500 dəfə olardı.
- Meydandan kənarda topla gözəl davranırsan. Bəs oyun zamanı nə ilə fərqlənirsən?
- (Gülür) Adlarını çəkə bilmirəm. Bəzi hərəkətlər var ki, onları oyunda göstərirəm.
- «Top-festivalı»ndan əvvəl hansısa turnirdə iştirak etmişdin?
- Yox, elə böyük bir yarışda olmamışam. Yalnız Qax uşaq futbol məktəbinə qarşı oynamışam.
- Zaqatalaya qalib kimi qayıtdın. Necə qarşılandın orada?
- Çox yaxşı. Hamı təbrik edirdi. Hətta Zaqatala rayon icra hakimiyyətində rayonun ən qabaqcıl gənclərinin iştirakı ilə tədbir keçirildi. Mənə televizor hədiyyə olundu.
- Yarışın qalibi olandan sonra sənə AFFA tərəfindən qayğı göstərildimi?
- Bəli, hədiyyələr verildi. Daha sonra telefon zəngləri gəldi. Heç gözləmirdik. Məni xaricə göndərmək istədiklərini bildirdilər. Atam həyəcanlandı. Əvvəlcə cavab vermədi. Sonra bizə dedilər ki, bütün xərcləri AFFA öz üzərinə götürür.
- Təklifdə neçə ölkənin adı çəkildi?
- Dörd ölkə dedilər. Atam Ukraynanı seçdi. Çünki yayda orada olmuşdum. «Obolon»un uşaq futbol məktəbində bir müddət qalmışdım. Həm də rus dilində danışa bilirəm. Atam dedi ki, orada daha rahat oynaya biləcəyəm.
- Hansı komandanın məktəbində olacaqsan?
- «Arsenal»ın futbol akademiyasında oxuyacağam. Atam da bir müddət mənimlə qalacaq.
- Bu cür qayğı, diqqətdən sonra futbola münasibətində dəyişiklik oldumu?
- Bəli, həvəsim daha da artdı.
- Futbolla bağlı ən böyük arzun nədir?
- Sözün əsl mənasında peşəkar futbolçu olmaq istəyirəm.


Источник: http://affa.az/
Категория: Müsahibə | Добавил: dashgin (14.02.2008) | Автор: AFFA
Просмотров: 656 | Рейтинг: 5.0/1 |
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Daxil ol ]
Форма Daxil olа

Поиск

Друзья сайта

Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0

Copyright MyCorp © 2024Хостинг от uCoz