Roman Pokora: Yerli futbolçuları heyətimizə qatacayıq.
15:03
Simurqun baş-məşqçisi Roman Pokoranın dediklərinə görə, komanda qış fasiləsi zamanı heyətinə əsasən yerli futbolçuları qatacaq.Həmçinin Pokora transferlərlə bağlı fikirləri ilə də bölüşüb: "Heyətdə güclü dəyişikliklər gözlənilmir, transferlər əsasən boşluqları doldurmaq məqsədi daşıyacaq, bizə təcili olaraq daha bir qapıçı lazımdır.Həmçinin, yarımmüdafiyə və hücum xətlərindəki boşluqları aradan götürməliyik, xüsusili ilə hücumda Mazyara dəstək verəcək daha bir hücumçuya ehtiyacımız var.Komandaya qatılacaq oyunçular əsasən yerli futbolçular olacaqlar, legioner olması gözlənilmir"